Mənim yol xəritəm

Hal-hazırda Universal McCann (UM Azerbaijan)-da Digital Manager olaraq innovativ reklam strategiyaları və media planlaması üzrə çalışıram.

Paralel olaraq McAdemy-də Digital Marketing Instructor olaraq dərslər aparır, Flormar Azərbaycan-da marketing üzrə baş mütəxəssis kimi çalışıram.

Azərbaycan dilində pulsuz marketinq resursları hazırlayıb paylaşır, sahənin inkişafına töhfə verməyi hədəfləyirəm.

0
İl təcrübə
0
Brend
0
Proyekt

dünəndənbu günə

2010
Karyera

Marketinqə ilk addımımı attım

Falçının yanında

marketinqə nənəmgilin qonşuluğunda olan falçının yanına gələn qonaqlara meyvə satmaqla başlamışam

Marketinqə ilk addımımı attım
2015
Nailiyyət

Artıq daha cəsarətliyəm

Quba

Uşaqlıqda çox utancaq olduğum üçün bir çox hallarda özümü ifadə edə bilmirdim, ona görə də heykəl xanımla şəkil çəkdirmək belə mənim üçün cəsarətli addım idi.

Artıq daha cəsarətliyəm
2019
Təhsil

Universitetə başladım

ARPDIA — Dövlət İdarəçilik Akademiyası

Davamlı İnkişafın idarə edilməsi ixtisası (daxil olana kimi mən də bilmirdim nə deməkdir) üzrə bakalavr təhsilinə başladım. bu dövrdə artıq məhşurlar da məni tanımağa başladı😎 (GPA 94.16).

Universitetə başladım
2023
Təhsil

Universiteti fərqlənmə ilə bitirdim

Dövlət İdarəçilik Akademiyası

Universiteti fərqlənmə ilə bitirdim
2023
Karyera

Peşəkar kariyera yolum başladı

Titan Group

Titan Group şirkətində Junior Digital Marketing Specialist olaraq işə başladım

Peşəkar kariyera yolum başladı
2024
Karyera

SMM Manager

Sensum by Amapola

Sensum Coffee & Dine Instagram-ını 4 ayda 1K-dan 20K izləyiciyə çatdırdım; aylıq satış 170,000+ AZN keçdi. Artıq menecer olaraq sözümü deməyə başlamışdım

SMM Manager
2024
Karyera

Qlobal brendlərə keçid

Universal McCann — SMM Team Lead

Xiaomi, HONOR, Toyota, Beko, Vestel, Midea, Eti və digər qlobal brendlərin SMM kampaniyaları və komandanı idarə etməyə başladım. Bu, komanda rəhbəri olaraq ilk təcrübəm idi.

Qlobal brendlərə keçid
2024
Karyera

Mentorluq və tədbirlər

Mcademy

2024-cü ildən etibarən sosial media və rəqəmsal marketinq sahəsində tədrisə başlamışam, hazırda McAdemy-də, Digital Marketing Mentor olaraq çalışıram.

Mentorluq və tədbirlər
2025
Karyera

Digital Marketing Manager

Universal McCann

Vəzifə dəyişimi nəticəsində ilk aylarda mütəxəssis kimi, daha sonra isə menecer kimi rəqəmsal marketinq kampaniyaları, strategiyaların qurulması və digər media işlərini həyata keçirirəm. Çalışdığım şirkətlərə Berlin-Chemie, Haval, HONOR, Eti kimi yüksək büdcəli brendlər daxildir.

Digital Marketing Manager
2025
Təhsil

Magistr təhsili

UNEC

Reklam işi üzrə magistr təhsilimi də fərqlənmə ilə tamamladım. (GPA 93).

Magistr təhsili
2025
Karyera

Flormar-da baş mütəxəssis

Flormar Azərbaycan

Marketinq üzrə baş mütəxəssis kimi frilans olaraq rəqəmsal və influencer kampaniyalarına nəzarət edirəm, marketinq strategiyaları və reklam kampaniyaları hazırlayıram.

Flormar-da baş mütəxəssis
2025
Təhsil

Meta Marketing Certificate

Meta

Meta Marketing Sertifikatını əldə ettim.

Meta Marketing Certificate
2025 - 2026
Nailiyyət

Beynəlxalq təcrübə

Meta (Varşava) · TikTok (Dubai)

Meta və TikTok-un rəsmi təlimlərində iştirak etmişəm, HONOR brendi üçün apardığımız Real Results, Real HONOR işi ilə TikTok Ad Awards shortlistə düşmüşük.

Beynəlxalq təcrübə

Bacarıqlar

Google Ads
Meta Ads
TikTok Ads
YouTube Ads
DV360
Proqrammatik Reklam
Kontent Marketinq
Media Planning

Sertifikatlar

Master in Marketing — NEXT MBA
Cisco — Introduction to Modern AI

Dillər

İngilisPeşəkar
TürkSəlis
RusBaza
ƏrəbBaza

Birlikdə işləyək?

Mənə yaz